Onlayn ictimai-siyasi qəzet
Rusiya Silahlı Qüvvələri Kursk vilayətinin Sudja şəhərində yerləşən internat məktəbinin binasına hava bombası atıb.
Musavat.com xəbər verir ki, bu barədə Ukrayna KİV-ləri hərbi komendantlığa istinadən məlumat yayıb.
Məlumata görə, dağıntılar altında 95-dək Rusiya vətəndaşı qala bilər.
Sözügedən bina yerli sakinlər üçün sığınacaq kimi istifadə olunurdu. Hazırda Kursk vilayətindəki bu ərazi Ukrayna qüvvələrinin nəzarətindədir.
Musavat.com
08 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ