İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya vətəndaşlarına pul “atan” hakim qarşısında

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fərid Namazovun sədrliyi ilə “Para” Bank Olmayan Kredit Təşkilatı (BOKT) Açıq Səhmdar Cəmiyyətinin (ASC) işçisi Kəyan Novruzovun cinayət işi üzrə məhkəmə prosesi davam edir.

Musavat.com xəbər verir ki, iş üzrə 4 zərərçəkmiş şəxs müəyyən edilib.

Rusiya vətəndaşı olan Yevgeni və Nikita Viktoroviç Yekuşovlar qardaşdırlar. Onlar Bakıda müvəqqəti yaşayıblar.

Digər zərərçəkənlər Zöhrə Hüseyn qızı Alışova, Arif Sabir oğlu Əliyev Azərbaycan vətəndaşıdırlar.

Kəyan Novruzov Cinayət Məcəlləsinin 178.3.2-ci - dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə maddəsi ilə təqsirləndirilir.

Kəyan Novruzov öncə də məhkumluq həyatı yaşayıb. O, 2019-cu ildə də cinayət məsuliyyətinə cəlb edilib. Həmin vaxt ona Cinayət Məcəlləsinin 179.2.3-cü (mənimsəmə və ya israf etmə, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Kəyan Novruzovun cinayət məsuliyyətinə cəlb olunmasına səbəb “Para” BOKT-un rəhbərliyini hüquq-mühafizə orqanlarına şikayət etməsi olub. O, “Para” BOKT-un xeyli miqdarda vəsaitini mənimsəməkdə ittiham olunur.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR