Onlayn ictimai-siyasi qəzet
Kazan və Ulyanovsk hava limanlarının fəaliyyətinə müvəqqəti məhdudiyyətlər tətbiq edilib.
Axar.az xəbər verir ki, bu barədə Rusiya Federal Hava Nəqliyyatı Agentliyi məlumat yayıb.
“Mülki təyyarələrin uçuşlarının təhlükəsizliyini təmin etmək üçün Moskva vaxtı ilə saat 07:30-da Kazan və Ulyanovsk hava limanlarında təyyarələrin enişi və uçuşuna müvəqqəti məhdudiyyətlər tətbiq edilib”, - qeyd olunub.
Hərbi hissənin ərazisində baş verən yanğın anbarda saxlanılan döyüş sursatlarının partlaması ilə nəticələnib.
Bu barədə Müdafiə Nazirliyinin məlumatında deyilir.
Yanğına səbəb kimi partlayıcı materiallarla iş zamanı təhlükəsizlik tələblərinin pozulması göstərilib.
Hadisə nəticəsində xəsarət alan yoxdur.
Rusiya prezidenti Vladimir Putin özü ABŞ-a hazırkı cəbhə xəttində Ukrayna münaqişəsini dayandırmağı təklif edib.
APA-nın Rusiya bürosu yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə "Financial Times" üç mənbəyə istinadən məlumat yayıb.
Bildirilib ki, Putin bu barədə Trampın xüsusi nümayəndəsi Stiv Uitkoffa Sankt-Peterburqda görüş zamanı deyib. Mənbənin sözlərinə görə, Putinin təklifinə əsasən, Rusiya hələ də rus ordusunun nəzarəti altına alınmamış Donetsk, Luqansk, Xerson və Zaporojya vilayətlərinin ərazilərindən imtina etməyə hazırdır.
Qəzet qeyd edir ki, təklif xüsusi hərbi əməliyyatın başlanmasından bəri Moskvanın maksimalist tələblərindən geri çəkilə biləcəyinin ilk rəsmi işarəsidir.
Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 11.00-də aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində müzakirə edəcəyik. Qonağımız ATLAS Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğludur. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.
03 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ