Onlayn ictimai-siyasi qəzet
Qarışıq döyüş növləri (MMA) üzrə məşhur döyüşçü Timur Xizriyev Mahaçqalada çoxsaylı güllə yarası alıb.
Musavat.com xəbər verir ki, məlumatı TASS-a idmançıya yaxın mənbə açıqlayıb.
Shot Telegram kanalının məlumatına görə, Xizriyevə iki nəfər hücum edərək 10-a yaxın atəş açıb. Hadisə yaşayış binasının həyətində baş verib.
"Xızrıyevə hücum olub. O, əməliyyat olunub, ən azı beş güllə dəyib. Bildiyimə görə, içəri girən güllələr olmayıb", - agentliyin mənbəsi bildirib.
Xızrıyevin 29 yaşı var. Qarışıq döyüş növləri üzrə onun hesabında məğlubiyyətsiz 18 qələbə var.
Musavat.com
16 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ