Onlayn ictimai-siyasi qəzet
Yasamalda həyat yoldaşını güllələyən şəxs Bakıdakı özəl klinikalardan birinin rəhbəridir.
Musavat.com APA-ya istinadən xəbər verir ki, həyat yoldaşını odlu silahla yaralamaqda şübəli bilinərək saxlanılan Kərimov Vasif Qaraxan oğlu “Referans Medı-Art Hospital" MMC-nin (Mərdəkan filialı) direktorudur.
***
Bakıda kişi arvadını güllələyib.
Hadisə bu gün günorta saatlarında Yasamal rayonunda qeydə alınıb.
38 yaşlı Vasif Kərimov evdə münaqişə zəminində həyat yoldaşına o tüfəngi ilə xəsarət yetirib.
O, xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır.
Polis V.Kərimovu saxlayıb, hadisə yerindən 1 ədəd ov tüfəngi götürülüb.
Faktla bağlı araşdırma aparılır.//APA
17 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ