İnsanlara hürriyət, millətlərə istiqlal!

"10 il sonra oğullarım kim olacaq" - Emin Ağalarov izləyicilərinə nostalji dolu sual ünvanladı

Məşhur müğənni və iş adamı Emin Ağalarov sosial media hesabında yeni paylaşımı ilə gündəm olub.

Musavat.com xəbər verir ki, o, 10 il əvvəl oğulları ilə çəkilmiş fotoları təqdim edərək, üzərinə belə bir sual yazıb:

“Maraqlıdır, 10 il sonra mənim oğullarım kim olacaq?”

Paylaşımda Emin Ağalarovun oğulları Əli və Mikayıl ilə birlikdə indiki fotoları da yer alıb. Beləliklə, sənətçi həm keçmiş, həm də bu gün arasındakı fərqləri izləyicilərinə göstərərək emosional bir müqayisə aparıb.

Bu paylaşım sosial şəbəkə istifadəçiləri arasında böyük maraq doğurub. Onun izləyiciləri həm uşaqların böyüməsi ilə bağlı təəccüblərini bölüşüb, həm də gələcəkdə onların necə bir həyat yolunu seçəcəkləri barədə müxtəlif şərhlər yazıblar.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR