İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanın ABŞ-dakı səfirinin qardaşı SAXLANILDI - ŞOK İTTİHAM

Ermənistanın ABŞ-a yeni təyin edilmiş səfiri Narek Mkrtçyanın qardaşı Mkrtıç Mkrtçyan Parakar şəhərində gecə saatlarında narkotik saxlama şübhəsi ilə saxlanılıb.

Musavat.com xəbər verir ki, bu barədə "News.am" məlumat yayıb.

Məlumatda bildirilir ki, polis Mkrtçyan və onun dostunun olduğu avtomobili saxlayıb. Sonuncu polisləri görən kimi qaçıb, onun çantasında narkotik vasitələr və silah tapılıb. Mkrtçyan isə saxlanılıb.

“FactInfo” həm Daxili İşlər Nazirliyinə, həm də Cinayət Axtarış İdarəsinə rəsmi şərh almaq üçün müraciət etsə də, hələlik hər hansı rəsmi açıqlama verilməyib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR