Onlayn ictimai-siyasi qəzet
Rusların yay hücum kampaniyası uğursuzluğa düçar olarsa, bu, etirazlara səbəb ola bilər. Bunu ukraynalı siyasi şərhçi Aleksandr Xarebin deyib. "Ruslar əslində yay kampaniyasına Ukraynanın 2023-cü ilin yay kampaniyasına daxil olduğu şəkildə daxil olur.
Çox təəssüf ki, 2023-cü ildə bizim hücum kampaniyamız uğursuz oldu və xoşbəxtlikdən indi ruslar üçün uğursuz olacaq”, - deyə o bildirib.
Siyasi analitiklər isə bildirir ki, yaydan başlayaraq, Putinə qarşı daxildə müəyyən qüvvələr səfərbər olacaq. Onun son olaraq Kursk səfəri zamanı helikopterinin vurulmasına edilən cəhdlər də bunun nümunəsidir. Bunun daxildəki bəzi narazı qüvvələr tərəfindən edildiyib də müzakirə mövzusudur. Oliqarxlar Putinin hakimiyyətdən getməsini, ancaq bu halda müharibənin yekunlaşacağını söyləyirlər.
Nələr gözlənilir? Laçındakı prezidentlərin görüşü dünyaya hansı mesajı verdi? Azərbaycan bu yeni dünya düzənində hansı yeri alır?
Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 12.45-də aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində müzakirə edəcəyik. Qonağımız Türkiyə Respublikasının Azərbaycanda sabiq səfiri İMZA İB-nin Türkiyə təmsilçisi? Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondu İdarə Heyətinin üzvü Hulusi Kılıc olacaq. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.
ŞƏRHLƏRŞƏRH YAZ