İnsanlara hürriyət, millətlərə istiqlal!

Samir Cəfərovdan haqqında deyilənlərə reaksiya - VİDEO

Xalq artisti Samir Cəfərov bir müddətdir haqqında yayılan söz-söhbətlərə münasibət bildirib.

İfaçı "Qonaqcanlı" verilişində ad çəkmədən fikirlərini səsləndirib:

"Sosial şəbəkələri izləməyə vaxtım olmur. Əvvəl izlədim, gördüm ki, vaxtımı alır. Sənətdən çox, məişət söhbətləri gedir. Qərəzli insanlar həmişə olacaq. Çalış, öz işinlə məşğul olasan. Ağıllı insan öz işi ilə məşğul olur. Allah hidayət etsin. Haqqımda deyilənlər barədə düşünmürəm. Onlara cavab verməyəcəyəm. Məni özümdən çıxartmaq mümkün deyil, çünki ağıllı adamam. Ağıllı adam heç vaxt şər atmaz, yalan danışmaz, ağıllı hərəkət edər. Biri ilə danışanda düşünər ki, mən hara, o hara. Bilirəm kimi deyirsiniz, amma boş şeylərdir. Lakin həmkarlarımı müdafiə edərəm. Çünki onlar ömürlərini bu sənətə həsr ediblər". 

Qeyd edək ki, bu yaxınlarda müğənni Kərim Abbasov S.Cəfərovun videosunu yayaraq onun yanlış oxuduğunu tənqid etmişdi. İfaçılar arasında qalmaqal yaşanmışdı. 

Kərim son açıqlamasında həmkarı barədə "Mənim üçün Samir Cəfərov sənətkar deyil. Bəli, Xalq artistidir, amma sənətkar deyil. Azər Zeynalovun "Gilavar", "Ana" mahnısı bir əsərdir. İstərdim ki, Samir Cəfərovun da iki mahnısının adını çəkə bilim. Amma deyə bilmirəm. Bir dəfə canlı ifasını görmüşəm, o da bərbaddır. İki mahnısını ard-arda deyə bilmirsiniz, amma "sənətkar" deyirsiniz. Bir də Samir Cəfərov, necə ki, siz özünüzə "sənətkar" deyirsiniz, xahiş edirəm, o ada layiq də hərəkət edin" deyə, bildirib. (Axşam.az)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR