Onlayn ictimai-siyasi qəzet
Rusiyanın Ermənistanda 102-ci hərbi bazasının əsgəri özünü güllələyib.
“Report”un məlumatına görə, bu barədə “Factor.am” xəbər verib.
Məlumata görə, başından güllə yarası almış şəxs Gümrü Tibb Məntəqəsinə gətirilib.
Tibb mərkəzindən bildirilib ki, yaralı əməliyyat olunub, reanimasiyada, koma vəziyyətindədir. Onun vəziyyəti ağır qiymətləndirilir.
“Faktor.am”ın əldə etdiyi məlumata görə, yaralı Gümrüdəki 102-ci hərbi bazanın hərbçisi, 2002-ci il təvəllüdlü Aleksey Q.-dir. İlkin məlumatda bildirilir ki, Rusiya hərbçisi odlu silahla özünə xəsarət yetirib.
15 Iyul 2025
14 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ