Onlayn ictimai-siyasi qəzet
Rusiyanın növbəti raket hücumu Ukraynanın enerji infrastrukturuna ağır zərbə vurub.
Musavat.com xəbər verir ki, Çerniqov vilayətində bir neçə enerji obyektinin vurulması nəticəsində təxminən 50 min sakin işıqsız qalıb.
Vilayətin enerji şirkətindən verilən məlumata görə, bölgədə elektrik təchizatını tənzimləmək üçün “3 saat işıq – 3 saat kəsinti” qrafiki tətbiq olunub.
Hadisə Ukraynanın şimal bölgəsində həm əhalinin gündəlik həyatına, həm də istehsalat proseslərinə ciddi təsir göstərib.
Musavat.com
04 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ