Onlayn ictimai-siyasi qəzet
Rusiyanın növbəti raket hücumu Ukraynanın enerji infrastrukturuna ağır zərbə vurub.
Musavat.com xəbər verir ki, Çerniqov vilayətində bir neçə enerji obyektinin vurulması nəticəsində təxminən 50 min sakin işıqsız qalıb.
Vilayətin enerji şirkətindən verilən məlumata görə, bölgədə elektrik təchizatını tənzimləmək üçün “3 saat işıq – 3 saat kəsinti” qrafiki tətbiq olunub.
Hadisə Ukraynanın şimal bölgəsində həm əhalinin gündəlik həyatına, həm də istehsalat proseslərinə ciddi təsir göstərib.
Rusiya ordusunun Ukraynanın Sumı vilayətindəki yaşayış məntəqələrinə endirdiyi hava zərbələri nəticəsində biri uşaq olmaqla 8 nəfə yaralanıb, çoxlu dağıntı var.
APA xəbər verir ki, bu barədə “RBC-Ukrayna” Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti və Milli Polisə istinadən xəbər verib.
Xilasedicilərin məlumatına görə, Sumı, Ahtır və Krasnopol icmalarını yaşayış məntəqələrinin atəşə tutulması nəticəsində iyirmidən çox fərdi yaşayış evi, məktəb, uşaq baxçası, xeyli sayda təsərrüfat tikililəri və nəqliyyat vasitələri məhv edilib.
TV Musavat-ın saat 12:00-da canlı yayımlanan "Həftə içi" verilişində Azad Vətən Partiyasının sədri Akif Nağı ilə söhbətləşirik.
04 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ