İnsanlara hürriyət, millətlərə istiqlal!

Sabirabadda bir ailənin 4 üzvünün yanaraq öldüyü dəhşətli hadisənin təfərrüatı - VİDEO

Sabirabadda fərdi evdə baş verən yanğın faciə ilə nəticələnib.

Xezerxeber.az xəbər verir ki, gecə saatlarında başlayan yanğın 2 mərtəbəli evi bürüyüb. Bir ailənin 4 üzvü yanaraq ölüb.

Dəhşətli hadisə Sabirabadın Muğan Gəncəli kəndində qeydə alınıb. Kənd sakini 69 yaşlı Bahar İmanovaya məxsus fərdi yaşayış evi anidən alovlanmağa başlayıb. Hadisədən xəbər tutan ev sahibi və onlara qonaq gələn oğlu Ruslan İmanov evdən çıxa bilsələr də, digər otaqda olan ailə üzvləri dəhşətli yanğının qurbanına çevriliblər.

Yaxınlarının bildirdiklərinə görə, ailədən geriyə bir uşaq qalıb. Belə ki, sağ qalan uşaq qonşu kənddə yaşayan nənəsigildə imiş.

Onların sözlərinə görə, yanğından xilas olan ev sahibi və oğlu isə evin arxa pəncərəsindən çıxa biliblər.

Videomaterialı təqdim edirik.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR