İnsanlara hürriyət, millətlərə istiqlal!

Şagirdlərin “tamaşaya çevrilmiş dərs” istəyinə müəllimlər hazırdırmı?

"Sertifikatlaşma təhsilin maraqlı tərəflərinin mənafeyinə xidmət edir, burada əsas fiqur şagirddir. Şagird istəyir ki, müəllim dərsi tamaşaya çevirsin, onu yormadan onunla birlikdə addımlasın".

Bəs müəllimlər buna hazırdırmı?

Sualımıza cavab olaraq Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Vəfa Yaqublu bildirib ki, şagirdlər üçün qrup şəklində maraqlı keçən dərs müəllim mühazirəsindən daha maraqlıdır:

"Dərs o formada keçəndə şagirdlər də bir-birini öyrədib, başa sala bilirlər. Müəllim mühazirə desə, şagirdlərin öyrənmək istəyib qulaq asanları ilə yanaşı, bəziləri dərsi pozmağa çalışa bilərlər. Amma qrup kollektiv şəkildə olan dərs prosesində isə bütün şagirdlər aktiv iştirak edir".//Milli.Az

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Iyun 2025

17 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR