İnsanlara hürriyət, millətlərə istiqlal!

Sahibə Qafarova Matviyenko ilə görüşəcək?

Münasibətlərin gərgin olduğu iki ölkənin qadın spikerləri İsveçrədə tədbirdə bir zalda olacaqlar-sonuncu dəfə martda Bakıda görüşüblər

İyulun 27-də Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə Azərbaycan parlament nümayəndə heyəti Parlament Sədrlərinin 6-cı Dünya Konfransında və Parlamentlərarası İttifaqın Qadın Parlament Sədrlərinin 15-ci Sammitində iştirak etmək üçün İsveçrə Konfederasiyasının Cenevrə şəhərinə işgüzar səfərə gedib.

Musavat.com xəbər verir ki, Cenevrə hava limanında Milli Məclisin sədrini Azərbaycanın İsveçrədəki səfiri Fuad İsgəndərov, ölkəmizin BMT-nin Cenevrə bölməsindəki daimi nümayəndəsi Qalib İsrafilov və digər rəsmi şəxslər qarşılayıblar.

Səfər çərçivəsində Milli Məclisin sədrinin tədbirlərdə çıxışları və nümayəndə heyətlərinin rəhbərləri ilə bir sıra görüşləri nəzərdə tutulur .

Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko da Parlamentlərarası İttifaqın tədbirlərində və bir sıra mühüm ikitərəfli görüşlərdə iştirak etmək üçün Cenevrəyə gələn parlament nümayəndə heyətinə rəhbərlik edir.

“RİA Novosti” xəbər verir ki, Valentina Matviyenkonun səfər çərçivəsində bir sıra beynəlxalq ikitərəfli görüşlər, o cümlədən BMİ sədri Tulia Ekson ilə danışıqlar gözlənilir.

Rusiya nümayəndə heyətinin tərkibinə Federasiya Şurasının vitse-spikeri Konstantin Kosaçev, Federasiya Şurasının elmi komitəsinin rəhbəri Liliya Qumerova, Federasiya Şurasının beynəlxalq komitəsi rəhbərinin birinci müavini Andrey Denisov, həmçinin Dövlət Dumasının nümayəndələri – vitse-spiker Pyotr Tolstoy daxildir.

Parlamentlərarası İttifaq 1889-cu ildə təsis edilib. Bu, bütün dünya parlamentlərinin fəaliyyətini əlaqələndirməyə xidmət edən beynəlxalq təşkilatdır. Buraya 178 ölkə daxildir. Dünyada 190 parlament var, onlardan 79-u ikipalatalıdır.

Maraq edən mövzularından biri Azərbaycan Milli Məclis sədri ilə Rusiya yuxarı palatasının sədri arasında ikitərəfli görüşün olub-olması ilə bağlıdır. Bəllidir ki, məlum təyyarə olayından sonra iki ölkə arasında gərginlik yaranıb, son günlər isə yenidən artıb.

Yada salaq ki, son olaraq bu ilin mart ayında Milli Məclisin sədri ölkəmizdə rəsmi səfərdə olan Valentina Matviyenko ilə görüşüb. Həmin görüşdə Valentina Matviyenko Milli Məclisin sədri Sahibə Qafarovaya Rusiya Federasiyasının "Dostluq" ordenini təqdim edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Iyul 2025

27 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR