Onlayn ictimai-siyasi qəzet
Sosial şəbəkələrdə maraqlı bir görüntü yayılıb. Sahibi “Ninja” adlı itə bir neçə qızıl diş düzəltdirib.
Musavat.com xəbər verir ki, videoda itin alt və üst çənəsində par-par yanan qızıl dişlər aydın görünür.
Paylaşımı edən səhifə yazır ki, bu dişlər həm sağlamlıq baxımından faydalıdır, həm də çox “havalı” görünür. İtin sahibi həm estetik, həm də funksional məqsədlə bu addımı atdığını deyib.
İzləyicilər arasında fikir ayrılığı yaranıb. Bəziləri bunu maraqlı və orijinal ideya adlandırsa da, digərləri “itə bu nədir?” deyə tənqid ediblər.
Mütəxəssislər bildirir ki, heyvanlara bu cür müdaxilələr yalnız tibbi zərurət olduqda edilməlidir. Bu nümunədə isə bizə görə belə hərəkət axmaqlıq və qudurmuşluqdur.
Siz nə düşünürsüz: itə qızıl diş düzəltdirmək doğrudurmu?
Musavat.com
08 May 2025
07 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ