Onlayn ictimai-siyasi qəzet
Ermənistanda tanınmış oliqarx və “Tashir” şirkətlər qrupunun sahibi Samvel Karapetyanın ofisində aparılan axtarışlardan sonra dörd nəfərə qarşı xüsusilə böyük məbləğdə çirkli pulların yuyulması ittihamı irəli sürülüb.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb. Bildirilir ki, həmin şəxslər həbs olunub, lakin adları və tutduqları vəzifələr açıqlanmır.
Mediada yayılan məlumatlara əsasən, saxlanılanlardan biri “Tashir” qrupuna daxil olan şirkətlərdən birinin direktoru, digəri isə əmlak agentidir.
Qeyd edək ki, bir neçə gün öncə milyarder Samvel Karapetyan iki ay müddətinə həbs edilmişdi. Bu gün saat 18:00-da İrəvanda onun dəstəyinə yürüş keçiriləcəyi gözlənilir. Aksiyanın Milli Təhlükəsizlik Xidmətinin təcridxanası qarşısında yekunlaşacağı bildirilir.
Musavat.com
04 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ