İnsanlara hürriyət, millətlərə istiqlal!

Sarkisyanla bağlı növbəti korrupsiya QALMAQALI - Torpaqları səfirliyə SATIB

Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan ona qarşı açılmış növbəti cinayət işini “hüquqi hoqqabazlıq” və “insani faciə” adlandırıb.

Musavat.comSputnik Armenia”ya istinadən xəbər verir ki, o, bu barədə hazırda həmin iş üzrə iclasın keçirildiyi məhkəmə binası qarşısında jurnalistlərə açıqlama verib.

Hələ bu ilin martında məlum olub ki, Sarkisyan İrəvandakı “Yerablur” hərbi panteonunun yanında yerləşən torpaq sahələrinin qanunsuz satışı işində külli miqdarda pul mənimsəməkdə və çirkli pulların yuyulmasında ittiham olunur.

Bəzi məlumatlara görə, torpağın əsas alıcısı Çin səfirliyi olub. Müqavilə hələ 2005-ci ildə hökumət qərarı ilə bağlanıb və hazırda həmin ərazidə Çin Xalq Respublikasının yeni tikilmiş diplomatik nümayəndəliyi yerləşir.

Nəşr yazır, Serj Sarkisyan daha əvvəl “dizel işi” üzrə bəraət alıb. O, neft idxalçısı olan “Flash” şirkətinə 2013-cü ildə fermerlərə subsidiyalaşdırılmış dizel yanacağı tədarükü üçün tenderdə qalib gəlməyə kömək edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 May 2025

21 May 2025

BÜTÜN XƏBƏRLƏR