Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Tramp Oval kabinetdə Cənubi Afrika Respublikasının prezidenti Siril Ramafosa ilə görüşü zamanı NBC News telekanalının müxbiri Piter Aleksandra qarşı ciddi kobudluq edib.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Tramp və Cənubi Afrika prezidenti Siril Ramafosa Oval Ofisdə ikitərəfli görüş keçiriblər və bu görüş zamanı hər ikisi jurnalistlərin suallarını cavablandırıb
Tramp qaçqın siyasəti ilə bağlı sual verəndə dərhal Aleksandrı tənqid atəşinə tutub və Ramafosa deyib: “Bu, saxta xəbərlər yayan NBC qrupudur”.
Trampın qəzəbinə jurnalistin ABŞ prezidentinə “əfqanlar, venesuelalılar, haitililər kimi digər qaçqınların qorunan statusu ləğv edildiyi halda, ağdərili Cənubi Afrikalıları Ağ Evdə qarşılamağın nə üçün məqsədəuyğun olduğunu” soruşması səbəb olub.
"Yaxşı, bu qrup, NBC, həqiqətən də saxta xəbərlər yayır. Onlar çox dəqiq şəkildə çoxlu suallar verirlər. Bunlar suallar deyil, bəyanatlardır”, - Tramp deyib.
Bir neçə dəqiqə sonra Aleksandr Trampın Qətərdən hədiyyə olaraq aldığı 400 milyon dollarlıq lüks təyyarəni Hərbi Hava Qüvvələrinin bir nömrəli reaktivi kimi istifadə etməsi barədə soruşaraq yenidən onu qəzəbləndirib: "Nə danışırsan? Bilirsən, buradan getməlisən! Bunun Qətər təyyarəsi ilə nə əlaqəsi var? Təyyarəni Birləşmiş Ştatların Hərbi Hava Qüvvələrinə təhvil verirlər, tamam? Bu, əladır. Biz bir çox başqa şeylər haqqında danışırıq. Bu, NBC indicə gördüklərindən uzaqlaşmağa çalışır. Sən əsl - bilirsən, sən hər şeydən əvvəl dəhşətli bir reportyorsan! Siz kifayət qədər ağıllı deyilsiniz. Bu təyyarə haqqında danışırıqsa, çox xoşdur ki, onlar təyyarədən əlavə, ABŞ iqtisadiyyatına 5,1 trilyon dollar sərmayə qoyurlar. Geri qayıdın - Siz NBC-dəki studiyanıza qayıtmalısınız, çünki Brayan Roberts və orada işləyən insanlar araşdırmaya layiqdirlər. Bu kanalı idarə etməyiniz çox dəhşətlidir. Və sən ləkəsən! Sizdən daha sual olmasın! Gedin, bu barədə istədiyini qədər danışın”.
Tramp daha sonra sözlərini təkrar edərək, Aleksandrı “axmaq” və “ağılsız” adlandırıb.
Musavat.com
22 May 2025
21 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ