İnsanlara hürriyət, millətlərə istiqlal!

Şavkat Mirziyoyev onlara avtomobil hədiyyə etdi

Tarixində ilk dəfə dünya çempionatının final mərhələsinə vəsiqə qazanan Özbəkistan millisinin futbolçularına avtomobil hədiyyə edilib.

Bu barədə ölkə prezidenti Şavkat Mirziyoyev göstəriş verib.

Prezidentin mətbuat xidməti milli üzvlərinə Çin istehsalı olan BYD avtomobilləri təqdim ediləcəyi barədə məlumat yayıb.

Bundan əlavə, özbək biznesmen Xurşid Turayev komandanın qapıçısına paytaxt Daşkənddə üç otaqlı mənzil verəcəyini vəd edib. Sahibkar bu barədə şəxsi instaqram hesabında bildirib.

Qeyd edək ki, Özbəkistan yığması DÇ-2026-nın Asiya üzrə seçmə mərhələsində ötən gün BƏƏ ilə heç-heçə (0:0) edib. Bu nəticə onların tarixdə ilk dəfə dünya çempionatının final mərhələsinə vəsiqə qazanmasına şərait yaradıb. Komanda 18 xalla A qrupunda ikinci yerdədir.

Dünya çempionatı 2026-cı il iyunun 11-dən iyulun 19-dək Kanada, Meksika və ABŞ-da keçiriləcək.//Report

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Iyun 2025

06 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR