Onlayn ictimai-siyasi qəzet
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının sabiq sözçüsü Vladislav Seleznyov Sumı şəhərinin sakinlərinə təcili şəkildə daha təhlükəsiz bölgələrə köçməyi tövsiyə edib.
Musavat.com xəbər verir ki, Seleznyov bu barədə verdiyi açıqlamada şəhərin ağır vəziyyətə düşdüyünü bildirib.
Onun sözlərinə görə, Rusiya ordusu son bir həftə ərzində Suma istiqamətində fəal irəliləyir. “Artıq Sumlar üçün vəziyyət kifayət qədər ağırdır. Şəhər daimi olaraq atəşə tutulur və bu tendensiya davam edərsə, yaşayış üçün təhlükəsizliyini tamamilə itirə bilər”, – deyə o bildirib.
Qeyd edək ki, Sumı şəhəri Rusiya ilə sərhədə yaxın yerləşir və müharibənin əvvəlindən bəri dəfələrlə raket və artilleriya hücumlarına məruz qalıb. Hazırda bölgədə vəziyyətin daha da gərginləşdiyi müşahidə olunur.
Musavat.com
07 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ