Onlayn ictimai-siyasi qəzet
Şəmkirdə avtomobil aşıb, ölən və xəsarət alanlar var.
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Şiştəpə kəndində qeydə alınıb.
1992-ci il təvəllüdlü Anar Atakişizadənin idarə etdiyi "KİA" markalı avtomobilinin aşması nəticəsində sərnişin, 1968-ci il təvəllüdlü İntiqam Atakişiyev aldığı xəsarətdən ölüb.
Şiştəpə kənd sakinləri, 1993-cü Orxan Atakişiyev, onun həmyaşıdı Cəmil İbadullayev müxtəlif xəsarətlər alıb və Şəmkir rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onların vəziyyətləri orta-ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
09 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ