İnsanlara hürriyət, millətlərə istiqlal!

Sensasiya: İlon Maskın “söndürmə əmrindən” sonra Xersonda Ukrayna hücumu çöküb  

2022-ci ilin sentyabr ayının sonunda İlon Mask Ukrayna qoşunlarının əks-hücumunu pozan bir qərar verib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, O, Kaliforniyada yerləşən SpaceX ofisindəki baş mühəndisə Xerson vilayətində “Starlink” peyk rabitə sisteminin deaktiv edilməsini əmr edib.

Mühəndis Maykl Nikolls "Biz bunu etməliyik" deyərək əmrə tabe olub və nəticədə azı yüzlərlə “Starlink” terminalı söndürülüb.

Rabitənin dayandırılması Ukrayna hərbçiləri arasında panikaya səbəb olub: rus qoşunlarının mövqelərini izləyən pilotsuz uçuş aparatları sıradan çıxıb, artilleriya bölmələri isə “Starlink” vasitəsilə atəşi dəqiqliklə tənzimləmək imkanını itirib. Nəticədə Ukrayna ordusu Xersonun şimal-şərqində yerləşən Berislav bölgəsində rus qüvvələrini mühasirəyə almaq fürsətini qaçırıb.

Agentliyin mənbələri bildirirlər ki, Mask bu addımı atmaqla Rusiya tərəfindən nüvə cavabının mümkünlüyündən ehtiyat edib və hücumun genişlənməsini istəməyib.

Bu, Maskın döyüş əməliyyatlarına ilk müdaxiləsi deyil. Daha əvvəl o, Kırım ərazisində Ukrayna ordusuna “Starlink” xidmətinə çıxış verməkdən imtina etmişdi. Həmin rabitə sistemi Qara dənizdə Rusiya gəmilərinə qarşı dəniz dronlarını idarə etmək üçün lazım imiş.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR