Onlayn ictimai-siyasi qəzet
Tehranın Evin həbsxanasında saxlanılan “Radio Fərda”nın keçmiş müxbiri Rza Vəlizadə deyib ki, İran İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ona xaricdən jurnalistləri aldadaraq onları şirnikləndirmək üçün göstəriş verib.
Musavat.com xəbər verir ki, bu barədə "Azad İran" Telegram kanalı məlumat yayıb.
“Xaricdə çalışan farsdilli jurnalistlərin etimadını qazanıb, onları İrana dönməyə razı salmaq üçün mənə böyük məbləğdə pul vəd etdilər”, – deyə Vəlizadə vurğulayıb.
İslam İnqilabı Keşikçiləri Korpusu ilə əməkdaşlıq etmədiyini deyən jurnalist bildirib ki, SEPAH zabitləri ona maliyyə dəstəyi ilə xaricdə media qurumları yaratmaq imkanı da təklif ediblər.
Musavat.com
23 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ