İnsanlara hürriyət, millətlərə istiqlal!

Sərxoş sürücü polisə tabe olmadı - İçkili maşın sürməsini belə izah etdi

Bakıda sərxoş sürücü saxlanılan zaman polisə tabe olmayıb. Onun maşınında oyuncaq tapança və polis forması da olub.

Musavat.com xəbər verir ki, Binəqədi rayonu, C.Xəndan küçəsində təxminən saat 03:00 radələrində “Volkswagen Polo” markalı maşının sürücüsü 40 yaşlı Adil adlı şəxs saxlanılıb.

Polis əməkdaşları onun sərxoş olduğunu müəyyən ediblər. Sürücü polislərə tabe olmayaraq maşından düşmək istəməyib.

Məsuliyyətə cəlb edilən sürücü məhkəmədə deyib ki, hadisə vaxtı sərxoş olduğu üçün baş verənləri xatırlamır və etdiyi hərəkətlər iradəsindən asılı olmayıb. Sürücü əlavə edib ki, maşında olan oyuncaq tapança oğluna məxsus olub. O, maşında olan polis geyimindən xəbərsiz olduğunu bildirib.

Sürücü içkili maşın sürməsinin səbəbini izah edərkən deyib ki, uşaqlarına tək baxdığı, atası isə ağır xəstə olduğu üçün depressiyada olub. Buna görə də həmin gün spirtli içki qəbul edib.

Məhkəmə onun barəsində 10 gün inzibati həbs cəzası təyin edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Iyul 2025

10 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR