İnsanlara hürriyət, millətlərə istiqlal!

Slovakiya Aİ-nin Rusiyadan qazdan imtina planına qarşı səs verəcək

Slovakiyanın baş naziri Robert Fitso bildirib ki, ölkəsi Avropa Komissiyasının mərhələli şəkildə Rusiyadan qazdan imtinanı nəzərdə tutan REPowerEU planına qarşı çıxacaq.

Musavat.com xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

“Biz bu Aİ qərarına qarşı səs verəcəyik. Əminəm ki, 1 yanvar 2028-ci ilə qədər çox şey dəyişə bilər və REPowerEU qüvvədə olmayacaq, çünki böyük zərər vurur”, – deyə Slovakiya hökumət başçısı vurğulayıb.

O əlavə edib:

“Bizə “Türk axını” vasitəsilə gələn qaz tədarükləri tədricən artır və artıq demək olar ki, 4 milyard kubmetrə çatıb”.

Xatırladaq ki, Aİ ölkələri 2022-ci ilin yazında qəbul etdikləri REPowerEU planında 2027–2028-ci illərdə Rusiyanın boru kəməri qazından imtina etməyi hədəf kimi müəyyənləşdiriblər. Həmin vaxtdan bəri Rusiya qazının idxal strukturunda bəzi dəyişikliklər baş verib: mayeləşdirilmiş təbii qazın (LNG) payı təxminən üçdə birdən 40 faizə yüksəlib, boru kəməri qazının payı isə 70 faizdən 60 faizə düşüb. Avropa Komissiyası mayın əvvəlində 2027-ci ilin sonunadək Rusiyadan enerji daşıyıcılarının idxalını tam dayandırmağı nəzərdə tutan yol xəritəsi layihəsini təqdim etmişdi.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR