Onlayn ictimai-siyasi qəzet
Ermənistanda sülh Paşinyan və komandasının fəaliyyəti nəticəsində bərqərar olub.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu sözlər Ermənistanda hakim “Vətəndaş sazişi” partiyasının deputatı Emma Palyan tərəfindən səslənib.
Onun sözlərinə görə, sərhədlərdə atəşkəs pozulmur, insidentlər yoxdur və bu reallıq sülhün göstəricisidir.
Yerli müxalifətin bəyanatlarını əhəmiyyətsiz sayan Palyan, Ermənistanın seçdiyi sülh yoluna sadiq qalacağını və cəmiyyətin də bu siyasəti dəstəklədiyini vurğuladı. O, qarşıdakı seçkilərdə xalqın hökumətin mövqeyini təsdiqləyəcəyinə əmin olduğunu söylədi.
Azərbaycanda “Qərbi Azərbaycan sakinləri”nin qeydiyyatına münasibətdə isə deputat bunu “Bakıdakı daxili iş” kimi dəyərləndirdi və erməni mediasını daha çox Ermənistanın nailiyyətlərindən yazmağa çağırıb. Əsir məsələsi ilə bağlı suallara cavabında isə bu mövzunun bir anda həll olunmasının mümkün olmadığını bildirib.
Musavat.com
04 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ