Onlayn ictimai-siyasi qəzet
Böyük Britaniyanın Müdafiə Nazirliyi Rusiya aerodromlarında təyyarələr üçün qoruyucu sığınacaqların tikilməsinə dair peyk görüntüləri yayıb.
Musavat.com xəbər verir ki, görüntülər 2025-ci ilin iyun ayının əvvəlində "Planet Labs" və "Airbus" şirkətləri tərəfindən çəkilib.
Məlumata görə, Moskva Ukraynanın uğurlu PUA hücumlarına cavab olaraq sərhədə yaxın və ya işğal altındakı bölgələrdə yerləşən bir sıra aerodromları möhkəmləndirməyə başlayıb.
Nazirlik tərəfindən yayılan peyk şəkilləri Krımda yerləşən Qvardeyskoye, Rusiyanın Kursk vilayətindəki Kursk-Vostoçnı və Rostov vilayətindəki Millerovo aerodromlarına aiddir.
Müdafiə Nazirliyi bildirir ki, yeni sığınacaqlar günbəz formalı dam örtüyünə malikdir, qalın partlayışa davamlı qapılarla təchiz olunub və əlavə müdafiə məqsədilə üzəri torpaqla örtülüb.
Qeyd edək ki, indiyədək Rusiyada bu cür sığınacaqların tikildiyi yeganə aerodrom Volqoqrad vilayətindəki Marinovka aerodromu hesab olunurdu.
İqbal RZAYEV,
Musavat.com
02 Avqust 2025
01 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ