Onlayn ictimai-siyasi qəzet
Türkiyədə sürücülük vəsiqəsi almaq istəyən namizədlər üçün mühüm bir qərar qüvvəyə minib.
Musavat.com xəbər verir ki, yerli KİV-lərin yazdığına görə, "Sürücülər üçün sağlamlıq vəziyyəti və tibbi müayinələr haqqında Qaydalar"a yeni sağlamlıq meyarları əlavə edilib.
Ən diqqətçəkən dəyişiklik IQ səviyyəsi ilə bağlı məhdudiyyət olub.
Belə ki, yeni qərara əsasən, IQ göstəricisi 79 və daha aşağı olan şəxslərə sürücülük vəsiqəsi verilməyəcək. Bu qərarın əsas məqsədi yol hərəkəti təhlükəsizliyini artırmaqdır.
Əqli gerilik, demensiya, diqqət və şüur pozuntuları, eləcə də emosional sabitliyə təsir edən xroniki xəstəliklər sürücülük vəsiqəsi almağa maneə kimi müəyyən edilib.
Yeni qaydalar sürücü namizədlərinin tibbi müayinəsi prosesinə də dəyişikliklər gətirir. Bundan sonra daha ətraflı psixi sağlamlıq testləri tətbiq olunacaq və IQ testləri məcburi olacaq.
Musavat.com
12 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ