İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! İlham Əliyevlə Paşinyan Tiranada bu məsələlərdən danışıb

Musavat.com-un da xəbər verdiyi kimi, Albaniyanın paytaxtı Tiranada keçirilən 6-cı Avropa Siyasi Birliyi Sammiti çərçivəsində Ermənistanın Baş naziri Nikol Paşinyan və Azərbaycan Prezidenti İlham Əliyev arasında görüş olub. Bu barədə Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti xüsusi məlumat yayıb.

Həmin məlumata görə, görüşdə İrəvanla Bakı arasında münasibətlərin tənzimlənməsi prosesi müzakirə olunub. Tərəflər sülh sazişi mətninin razılaşdırılmasını önəmli addım kimi dəyərləndiriblər və bu istiqamətdə prosesin davam etdirilməsinin vacibliyini vurğulayıblar.

Xatırladaq ki, Azərbaycan tərəfi uzun müddətdir Ermənistanla münasibətlərin normallaşdırılması, sülh sazişinin imzalanması və regionda sabitliyin təmin olunması istiqamətində konkret və prinsipial mövqe sərgiləyir. Rəsmi Bakı ölkələrin bir-birinin ərazi bütövlüyünü tanıdığı, sərhədlərin delimitasiyası və kommunikasiyaların açılması kimi əsas məsələlərin tezliklə həll olunmasının tərəfdarıdır.

Rəsmi Bakı həm də İrəvana cəmi iki şərt irəli sürür:

1. Konstitusiyanın dəyişdirilməsi, əsas qanundan Azərbaycana yönəlik ərazi iddialarının çıxarılması;
2. ⁠ATƏT-in Mins Qrupunun ləğvi ilə bağlı ortaq müraciətin razılaşdırılması.
Ermənistan bu şərtlırin icrasını yubadır, vaxtı uzadır. Lakin görüntüdə sanki sülh müqaviləsinin tezliklə imzalanması üçün can atır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 May 2025

16 May 2025

BÜTÜN XƏBƏRLƏR