Onlayn ictimai-siyasi qəzet
Kamçatkada zəlzələnin gücü 8,5 bala yüksəldildi – internet kəsintiləri, təxliyələr və fövqəladə rejim tətbiq olunub. Kurik adalarında sunami təhlükəsi, dövlət idarələrində iş günü qısaldılıb.
Musavat.com xəbər verir ki, Kamçatkada baş verən zəlzələnin gücü Rusiya Elmlər Akademiyasının Geofizika Xidmətləri tərəfindən 8,5 bal səviyyəsində qiymətləndirilib. Zəlzələnin təsirləri ilə bağlı bölgədə fövqəladə vəziyyət yaranıb.
İnternetin monitorinqi üzrə beynəlxalq “NetBlocks” təşkilatı bildirib ki, təkanlardan sonra Kamçatkada internet bağlantısında ciddi fasilələr qeydə alınıb. Eyni zamanda, region rəhbəri Vladimir Solodovun göstərişi ilə dövlət qurumlarında iş vaxtı yerli vaxtla saat 13:00-a qədər qısaldılıb.
Zəlzələnin digər təsirləri Kuril adalarında da hiss olunub. Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, Şimalı Kurildə bir sıra yaşayış evlərində baca və havalandırma sistemləri zədələnib. Bütün Kuril adaları üzrə sunami təhlükəsi elan olunub və əhali arasında təxliyə tədbirləri davam edir.
Hazırda Kamçatka və ətraf bölgələrdə zəlzələnin fəsadları araşdırılır, ehtiyat tədbirləri gücləndirilib. Yeni yeraltı təkanların ola biləcəyi istisna edilmir.
***
Rusiyanın Kamçatka bölgəsində güclü zəlzələ baş verib, şəhərdə işıqlar sönüb. Sunami təhlükəsi elan olunub.
Musavat.com xəbər verir ki, zəlzələ 7-8 bal gücündə hiss olunub, sahil bölgələrində təxliyə tədbirləri görülür.
İyulun 30-da Rusiyanın Kamçatka sahillərində 7,5-8 bal gücündə zəlzələ qeydə alınıb. Bu barədə Rusiya Elmlər Akademiyasının Geofizika Xidmətləri Mərkəzinin (FİTs EGS RAN) regional filialı məlumat yayıb.
Zəlzələnin episentri Avaça körfəzi yaxınlığında yerləşib. Rusiya Fövqəladə Hallar Nazirliyi (FHN) bildirib ki, yeraltı təkanlar Petropavlovsk-Kamçatski şəhərinin bir sıra rayonlarında 7-8 bal gücündə hiss olunub. Hadisədən dərhal sonra Avaçinsk körfəzi sahillərində sunami təhlükəsi elan olunub və əhali arasında ehtiyat tədbirlərinin görülməsi tövsiyə edilib.
Paralel olaraq, Yaponiyanın Meteorologiya Agentliyi ölkənin şimal-şərq sahillərində – xüsusilə şimal bölgələrdə 1 metrədək sunami dalğalarının müşahidə oluna biləcəyi ilə bağlı xəbərdarlıq yayıb. Hazırda həm Rusiya, həm də Yaponiyada sahilyanı ərazilərdə təhlükəsizlik tədbirləri gücləndirilib, vəziyyət nəzarətdə saxlanılır.
Musavat.com
30 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ