İnsanlara hürriyət, millətlərə istiqlal!

Sumqayıtda fəhlə uçqunun altında CAN VERDİ - YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Sumqayıt şəhəri, 10-cu mikrorayonda torpaq uçqununun baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub. Məlumatla əlaqədar Nazirliyin Sumqayıt Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Musavat.com FHN-ə istinadən xəbər verir ki, əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, torpaq uçqunu baş verib və 1 nəfər köməksiz vəziyyətdə qalıb.

Keçirilən tədbirlər nəticəsində uçqun altında köməksiz vəziyyətdə qalan 1 nəfərin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

***

Sumqayıt şəhərində yeni tikilən binaların birində bədbəxt hadisə baş verib.

Şəhərin 10-cu mikrorayon ərazisində yerləşən tikinti sahəsində fəhlə 2005-ci il təvəllüdlü Ariz Ağayarov dağıntılar altında qalıb.

Hazırda ərazidə axtarış-xilasetmə işləri aparılır.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır./report

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR