Onlayn ictimai-siyasi qəzet
Suriya rəhbərliyi Suveyda əyalətində baş verən silahlı qarşıdurmaları dayandırmaq məqsədilə yeni addım atmağa hazırlaşır.
Musavat.com-un xarici mediaya istinadən xəbərinə görə, ölkənin keçid hökumətinə rəhbərlik edən Əhməd əş-Şara bildirib ki, bölgədə davam edən gərginliyə son qoymaq üçün yaxın vaxtlarda əraziyə xüsusi təyinatlı qüvvələr göndəriləcək.
Onun sözlərinə görə, Suriya hökuməti münaqişənin böyüməsinin qarşısını almağa çalışır və vəziyyəti nəzarət altına almaq üçün bütün vasitələrdən istifadə etməyə qərarlıdır.
“Dövlət Suveydada baş verən toqquşmaların qarşısını almaq üçün ciddi səylər göstərir. Bölgədəki silahlı qarşıdurmalara son qoymaq üçün tezliklə xüsusi təyinatlılar cəlb olunacaq”, – deyə, Əhməd əş-Şara qeyd edib.
Musavat.com
19 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ