İnsanlara hürriyət, millətlərə istiqlal!

Məhkəmədən ABŞ texnologiya nəhənginə daha bir zərbə: Bu dəfə 425,7 milyon dollar...

Kaliforniyanın San-Fransisko məhkəməsi istifadəçilərin məxfilik hüquqlarının pozulmasına görə Google korporasiyasının 425,7 milyon dollar təzminat ödəməsinə dair qərar çıxarıb. Musavat.com Bloomberg-ə istinadən xəbər verir ki, iddia 2020-ci ildə qaldırılıb.

İttiham tərəfinin dediyinə görə, 2016-cı ildən başlayaraq Google, hətta cihaz parametrlərində "Veb və Tətbiq Fəaliyyəti" seçimi deaktiv edilmiş olsa belə, üçüncü tərəf proqramlarından istifadəçi məlumatlarını toplayıb. Münsiflər heyəti korporasiyanı istifadəçi məxfiliyini pozmaqda təqsirli bilib, lakin Kompüter Fırıldaqlığı və Sui-istifadə Aktını pozmaq ittihamlarını rədd edib. Münsiflər heyəti istifadəçilərə dəymiş ziyanı 425,7 milyon dollar qiymətləndirib. Bu, iddiaçıların tələb etdiyi 31 milyard dollardan çox azdır, lakin istifadəçilərin məxfilik hüquqlarının pozulması hallarında ən böyük kompensasiyalardan biridir.

İyulun əvvəlində Kaliforniya məhkəməsinin münsiflər heyəti Google-un istifadəçilərin xəbəri olmadan Android mobil məlumatlarından istifadə etmək iddiası üzrə 314 milyon dollar ödəməsinə dair qərar çıxarıb. İddia 2019-cu ildə qaldırılıb. İttiham tərəfi iddia edib ki, Google Android istifadəçilərinin mobil internet trafikindən məlumat toplamaq qeyri-qanuni şəkildə istifadə edib və sonradan həmin məlumatlar "korporativ mənfəət üçün istifadə olunub", o cümlədən məqsədli reklamlar yerləşdirilib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR