İnsanlara hürriyət, millətlərə istiqlal!

Tanınmış iş adamı həbs olundu - FOTO

Türkiyədə "Şahinler" Holdinq İdarə Heyətinin sədri Kamal Şahinin CHP Büyükçekmece Bələdiyyəsinə qarşı başladılan korrupsiya istintaqı çərçivəsində həbs edildiyi məlum olub.

Şahin həbsini gizlətmək üçün sosial media hesabında Misirdə olduğunu göstərən videolar paylaşıb. Şahinin saxlanmasını yaxın dostlarından gizlətdiyi də müəyyən edilib.

İstanbul Baş Prokurorluğunun Büyükçekmece Bələdiyyəsinə qarşı başlatdığı korrupsiya istintaqında "Şahinler Holding"in İdarə Heyətinin sədri, iş adamı Kamal Şahinin mayın 8-də həbs edildiyi üzə çıxıb.

İstanbul Baş Prokurorluğu tərəfindən başladılan istintaq çərçivəsində Büyükçekmece Bələdiyyəsindən 1 yanvar 2015-ci il və 7 may 2025-ci il tarixləri arasında rayonda tikinti icazəsi verilmiş bütün layihələrin siyahısını hazırlayıb polisə təqdim etməsi tələb edilib./Milli.az/

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 May 2025

BÜTÜN XƏBƏRLƏR