İnsanlara hürriyət, millətlərə istiqlal!

Tanınmış sənətçilərin “Telegram” hesabları oğurlandı - FOTO

Azərbaycanda bir sıra tanınmış sənətçilərin “Telegram” hesabları naməlum şəxslər tərəfindən ələ keçirilib.

Musavat.com xəbər verir ki, hesabları oğurlananlar arasında aşıq Samirə Əliyeva, müğənni Abbas Bağırov və ifaçı Səbinə Ərəbli də var.

Onlar bu barədə öz “Instagram” səhifələrində paylaşım edərək izləyicilərinə xəbərdarlıq ediblər.

Sənətçilər izləyicilərini diqqətli olmağa, “Telegram” hesablarından gələn mesajlara cavab verməməyə və şübhəli keçidlərə daxil olmamağa çağırıblar.

Şahanə Rəhimli
Musavat.com

8ad837d8-40b0-4684-9aaa-8efebe8ce6df.jpg (53 KB)

b4761c56-94fe-4974-aef3-40d6aa9e6584.jpg (68 KB)d4461581-f045-47b3-aa38-84bfa6281dfb.jpg (71 KB)

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

31 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR