İnsanlara hürriyət, millətlərə istiqlal!

Təhlükəli maddələr daşıyan gəmi BATDI - VİDEO

Hindistan sahillərində kimyəvi maddələr daşıyan konteyner gəmisi batıb.

Musavat.com xəbər verir ki, Liberiya bayrağı altında üzən "MSC ELSA 3" adlı konteyner gəmisi Hindistanın Kerala ştatı sahillərində, Ərəb dənizinin sularında batıb.

Hindistan Sahil Mühafizəsinin məlumatına görə, gəmi Koçi limanından 38 dəniz mili uzaqlıqda batıb. Hadisəyə səbəb gəminin tutqunlarından birinə suyun sürətlə dolması və nəticədə stabilliyini itirərək aşması olub.

Gəminin bortunda ümumilikdə 640 konteyner olub. Onlardan 13-ü təhlükəli maddələr, 12-si isə kalsium karbid olub. Bundan əlavə, gəminin yanacaq çənlərində 84 tondan çox dizel, təxminən 367 ton isə mazut olub. Bu isə ciddi ekoloji fəlakət təhlükəsi yaradır.

Sahilboyu ərazilərdə həyəcan siqnalı verilib. Neft məhsullarının sızması qeydə alınıb. Nəticələrin aradan qaldırılması üçün sahil mühafizəsinin təyyarə və gəmiləri cəlb olunub. Bütün ekipaj üzvləri təxliyə edilib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 May 2025

25 May 2025

BÜTÜN XƏBƏRLƏR