Onlayn ictimai-siyasi qəzet
Rusiya prezidenti Vladimir Putin İrana səfərə dəvət olunub, lakin səfərin tarixləri hələ razılaşdırılmayıb.
Musavat.com TASS-a istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə Putinin bu il İrana mümkün səfəri ilə bağlı sualı cavablandırarkən bildirib.
"Doğrudur, prezident Putininin rəsmi və ya işgüzar səfərlə İrana getmək üçün etibarlı dəvəti var. Tarixlər hələ razılaşdırılmayıb", - Peskov deyib.
Peskov vurğulayıb ki, Kreml İranla tərəfdaşlığı və onun bütün sahələrdə inkişafını yüksək qiymətləndirir.
Qeyd edək ki, bundan əvvəl İranın xarici işlər naziri Abbas Araqçi bildirib ki, Moskva və Tehran Rusiya liderinin səfərinə hazırlaşır. Putin sonuncu dəfə 2022-ci ilin iyulunda Tehranda keçirilən yeddinci Astana formatı toplantısında iştirak etmək üçün İrana səfər edib. Ümumilikdə Rusiya prezidenti respublikaya beş səfər edib.
Musavat.com
15 May 2025
14 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ