Onlayn ictimai-siyasi qəzet
Tərtərdə minaya düşərək xəsarət alan şəxsin ayağı amputasiya edilib.
“Report”un Qarabağ Bürosuna Bərdə Mərkəzi Xəstəxanasından bildirilib ki, 30.05.2025-ci il tarixində saat 20:30 radələrində Tərtər rayonu Qaradağlı kəndi ərazisində minaya düşmə səbəbilə xəsarət alan 1978-ci il təvəllüdlü şəxs (kişi cinsli) Tərtər Rayon Mərkəzi Xəstəxanasından Bərdə Rayon Mərkəzi Xəstəxanasına təxliyə olunub.
“Sağ aşıq baldırının travmatik amputasiyası, sağ baldırın qəlpə yarası diaqnozu təyin edilən pasiyentin üzərində sağ baldır ayaq oynağının şopar oynağı amputasiyası əməliyyatı icra olunacaq. Hazırda müvafiq şöbədə müalicəsi davam etdirilir, vəziyyəti ağırdır”.
01 Iyun 2025
31 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ