Onlayn ictimai-siyasi qəzet
“Düşmən ətrafımıza qoşun toplayır. Bu şəraitdə Nikol Paşinyan nə edir? O, anti-İran və anti-Rusiya xəttində növbəti diplomatik müharibəyə başladı”.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistanın “Ana Ermənistan” blokundan İrəvan merliyinə namizəd Andranik Tevanyan “Facebook” səhifəsində yazıb.
“Paşinyan bizim təhlükəsizlik arxitekturamızın son hissələrini məhv edir. Türkiyə-Azərbaycan tandemi üçün bundan gözəl hədiyyə təsəvvür etmək çətindir. Ermənistan daxildən və xaricdən hücuma məruz qalır. Qurtuluş daxili dəyişiklikdədir”,-deyə erməni siyasətçi bildirib.
Musavat.com
15 May 2025
14 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ