İnsanlara hürriyət, millətlərə istiqlal!

"TikTok" ABŞ-yə satılır: Tramp Çindən böyük güzəşt aldımı?

"New York Times" qəzetində "TikTok" sosial şəbəkəsinin ABŞ-yə satılması barədə məqalə dərc olunub.

Məqalə müəllifi yazıb ki, ötən həftə Çinin "TikTok"u Amerikaya satmağa razı olduğu barədə elanı ilk dəfə eşidəndə bunun ABŞ üçün qələbə və Çindən böyük bir güzəşt kimi göründüyünü düşünüb. Həqiqətən ABŞ prezidenti Donald Tramp "TikTok" mövzusunu xeyli müddətdir gündəmdə saxlayırdı.

"Pekin "TikTok"un Amerikadakı platformasını satmaq istəmirdi. Çin rəsmiləri müntəzəm olaraq ABŞ-nin ayrı-seçkilik kimi imtina tələblərini pisləyirdilər", - deyən məqalə müəllifi yazıb ki, Pekinin "TikTok" platformasını Amerikaya satmaqla  güzəştə getməsinin bir neçə məqsədi var.

elxan.jpg (68 KB)

Mövzu ilə bağlı Musavat.com-a danışan politoloq Elxan Şahinoğlu bildirib ki, ilk növbədə Pekin Amerikanın texonologiyalarını əldə etmək istəyir:

"İkincisi, Pekin Vaşinqtonun Tayvana silah satmasını dayandırmasını istəyir. Bu iki məsələnin həlli yalnız Donald Trampdan asılı deyil. ABŞ-nin dövlət qurumları və Konqres Çinə texnologiyaların satışı və Tayvan mövzusunda güzəştə getməyin tərəfdarı deyillər. Halbuki, ABŞ Konqresinin nümayəndə heyəti bugünlərdə Pekində səfərdə olub. Pekin Konqresin Çinlə bağlı mövqeyinin dəyişəcəyinə ümid edir.

Donald Tramp sentyabrın əvvəlində Çin lideri Si Cinpinin dəvətini qəbul etmədi. Sentyabrın əvvəlində Pekində Çinin Yaponiya üzərində qələbəsinin 80 illiyi qeyd edildi. Pekində hərbi parad keçirildi. Hərbi paradda Rusiya və Şimali Koreya liderləri Vladimir Putinlə Kim Çen In iştirak etdilər.

Aydındır ki, Donald Tramp belə tədbirdə iştirak edə bilməzdi. Ağ Ev sahibi hərbi parad barədə tənqidi fikirlərini öz sosial platformasında paylaşdı. Buna baxmayaraq, Donald Tramp Asiya və Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının sammitində Çin lideri Si Cinpinlə görüşməyi planlaşdırır. Sammit oktyabrın sonunda Cənubi Koreyada keçiriləcək".

Politoloqun sözlərinə əsasən, Trampın Çinə səfəri də planlaşdırılıb və bu səfər 2026-cı ildə gerçəkləşə bilər:

"Trampın Si Cinpinlə dialoquna baxmayaraq, ABŞ prezidenti Çinlə ticarəti balanslaşırmağa çalışır. Tramp Çinin Rusiyaya hərbi dəstəyinin dayandırlmasını da tələb edir. Si Cinpin Donald Trampın bu iki tələbini yerinə yetirməsə, münasibətlərin normallaşacağını gözləmək problematikdir".

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR