Onlayn ictimai-siyasi qəzet
Sentyabrın ilk günlərində Azərbaycanın hücumları, əsasən, Zod istiqamətində təzahür etsə də, bu, Bakıya Naxçıvan istiqamətində də fəaliyyətini gücləndirməsinə mane olmur.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin müxalif deputatı Tiqran Abramyan öz Facebook səhifəsində yazıb.
“Üstəlik, bu fəaliyyət eyni vaxtda bir neçə istiqamətdə özünü göstərir”, - deyə o, qeyd edib.
"Azərbaycanın aqressiv davranışının müxtəlif səbəbləri var. Burada Türkiyənin hamiliyindən tutmuş danışıqlar prosesində yaranan vəziyyətə qədər çox şeyi qeyd etmək olar. Bu isə o deməkdir ki, vəziyyətin dəyişməsi regionda gözlənilməz nəticələrə gətirib çıxara bilər", - deyə Abramyan bildirib.
Musavat.com
14 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ