İnsanlara hürriyət, millətlərə istiqlal!

Toya gedən ailə QƏZAYA DÜŞDÜ - 5 nəfər...

Lənkəranda maşın aşıb, 5 nəfər xəsarət alıb.

Qəza Ələt-Astara magistralının 165-ci km-də Lənkəran rayonu ərazisindən keçən hissədə qeydə alınıb.

1976-cı il təvəllüdlü Fəxrəddin Şəmsəli oğlu Mirzəyev idarə etdiyi "Toyota Prado" markalı avtomobillə Astara rayonu istiqamətində hərəkətdə olarkən anidən maşını aşırıb.

Qəza nəticəsində sürücünün ailə üzvləri və yaxın qohumları 1980-cı il təvəllüdlü Yeganə Vəlihəd qızı Alişanova (yoldaşı), 2003-cü il təvəllüdlü Afət Fəxrəddin qızı Mirzəyeva (qızı), 2005-ci il təvəllüdlü Fəxriyyə Fəxrəddin qızı Mirzəyeva (qızı), 1966-cı il təvəllüdlü Tahirə Vəlihəd qızı Alişanova (baldızı) və azyaşlı 2012-ci il təvəllüdlü A.Məmmədov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunublar.

Xəsarət alanlardan Yeganə Alişanova cərrahiyyə şöbəsinə yerləşdirilib. Digərlərinin müalicəsi xəstəxanada davam etdirilir.

Sürücünün deməsinə görə, ailə Lerik rayonuna toy məclisinə gedirdilər. Yolda onu yuxu tutub və idarəetmədən çıxan nəqliyyat vasitəsi aşıb.

Faktla bağlı araşdırma aparılır./Unikal

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Iyun 2025

19 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR