İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp Çin mallarına tətbiq olunan rüsumları endirə bilər – Ticarət danışıqları yaxınlaşır

ABŞ Prezidenti Donald Tramp Çin mallarına tətbiq edilən rüsumları 145%-dən 50%-ə qədər endirməyi nəzərdən keçirir.

Musavat.com xəbər verir ki, bu barədə "New York Post" məlumat yayıb, məlumatı isə şəxsi mənbələr verib.

İsveçrədə ABŞ və Çin arasında ticarət danışıqları yaxın günlərdə başlayacaq və Tramp bu danışıqların gedişatında rüsumları endirməyi planlaşdırır. Prezident Tramp Oval ofisində keçirdiyi görüşdə, rüsumların azalacağını və bununla da "Çinlə çox yaxşı əlaqələr qurulacağını" vurğulayıb.

Trampın bu açıqlamaları ABŞ və Çin arasındakı ticarət müharibəsinin yeni mərhələyə keçə biləcəyini göstərir və iki ölkə arasında gərginliyin azaldılması istiqamətində irəliləyiş ehtimalını artırır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 May 2025

BÜTÜN XƏBƏRLƏR