Onlayn ictimai-siyasi qəzet
Braziliya ilə ABŞ arasında münasibətlər sürətlə pisləşir. Buna səbəb Donald Trampın dostu və müttəfiqi, öz ölkəsində xələfi Luiz İnasio Lula da Silvaya qarşı sui-qəsd hazırlamaqda ittiham olunan Braziliyanın keçmiş prezidenti Jair Bolsonaroya qarşı aparılan istintaqdır.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Ağ Ev Braziliya hakimiyyətini "cadugər ovu"nda ittiham edir və ittihamların götürülməsi üçün onlara siyasi və iqtisadi təzyiq göstərir. ABŞ dövlət katibi Marko Rubio Bolsonaro işində iştirak edən bəzi braziliyalı hakimlərin vizalarının ləğvi barədə göstəriş verib.
Braziliyalılar bundan qəzəblənir və ABŞ iş adamlarını cəzalandırmaqla hədələyirlər.
Rubio Braziliya Ali Məhkəməsinin səkkiz hakiminin, o cümlədən baş hakim Aleksandr de Morayesin, eləcə də onların qohumlarının ABŞ vizalarının ləğvi barədə göstəriş verib. Tramp bu yolla Latın Amerikasındakı ən sadiq müttəfiqlərindən birinə çevriliş cəhdinə görə cəzadan yayınmağa kömək etməyə çalışır.
Bolsonaro 2019-2022-ci illərdə dövlət başçısı vəzifəsində çalışıb. 2022-ci ildə keçiriləcək növbəti prezident seçkilərində o, solçu siyasətçi Luis İnasio Lula da Silvaya uduzub. Səsvermənin nəticələrindən qəzəblənən Bolsonaro hakimiyyətini saxlamaq üçün çevriliş təşkil etmək qərarına gəlib. Ali Məhkəmə onu və keçmiş müdafiə naziri də daxil olmaqla daha 7 nəfəri günahlandırır. Keçmiş prezident Lulanın vəzifəyə gəlməsinin qarşısını almaq planlarında hər hansı iştirakını inkar edir. Siyasətçini uzun müddət - 43 ilə qədər həbs cəzası gözləyir. Onun üçün istənilən cəza ömürlük həbsə bərabər tutula bilər: Bolsonaronun artıq 70 yaşı var.
Bolsonaronun ayaq biləyinə xüsusi qolbaq taxılıb, onun köməyi ilə onun yeri izləniləcək. Bu, təqsirləndirilən şəxslərin xaricə qaçmağa cəhd edə biləcəyi qorxusu səbəbindən edilib.
Rubio və Tramp hazırkı Braziliya hakimiyyətinin hərəkətlərinin rəqiblə -haqq-hesab çəkməkdən başqa bir şey olmadığını bəyan ediblər.
Musavat.com
23 Iyul 2025
22 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ