İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp Makrona od püskürdü: “Anlayışı yoxdur, həmişə hər şeyi səhv başa düşür”

İsrail-İran savaşının qlobal səviyyədə diplomatik təmaslara səbəb olduğu bir vaxtda ABŞ Prezidenti Donald Tramp Fransanın dövlət başçısı Emmanuel Makronu sərt şəkildə hədəfə alıb.

Musavat.com xəbər verir ki, Tramp bu münasibətini şəxsi sosial şəbəkəsi “Truth Social”da yayımladığı paylaşımda ifadə edib.

Fransız liderin onun G7 sammitini yarımçıq qoyaraq Vaşinqtona qayıtmasını guya İsrail və İran arasında “atəşkəs təşəbbüsü” ilə əlaqələndirməsinə cavab verən Tramp kəskin tonda bildirib:

“Makronun bu mövzu barədə heç bir anlayışı yoxdur. Mənim Vaşinqtona qayıtmağımın səbəbi atəşkəslə bağlı deyil. Söhbət daha böyük məsələdən gedir. Makron bilərəkdən və ya bilməyərəkdən, fərq etməz – o, həmişə yanılır!”

Musavat.com-a görə, bu sərt açıqlama, eyni zamanda Tramp administrasiyasının İran-İsrail qarşıdurmasında hansısa “arxa plan diplomatiyası” aparmadığını göstərmək məqsədi daşıyır.

Tramp qeyd edib ki, Makronun dedikləri yanlış və hətta manipulyativ xarakter daşıyır:

“Reklam axtaran Makron bu dəfə də səhv etdi. Mənim Vaşinqtona qayıtmağımın səbəbi tamam fərqlidir. Çox ciddi səbəblər var. Amma bu, atəşkəslə bağlı deyil. Gözləyin, görün!”

Bu haqlı açıqlama ilə Tramp həm də Makronun beynəlxalq diplomatik qabiliyyətini ifşa etmiş olur. Makron gerçəkdən də qlobal hadisələri ya yanlış dəyərləndirir, ya da özünə siyasi divident toplamaq məqsədilə manipulyasiya cəhdləri göstərir.

Musavat.com bu sözlü çəkişmədə diqqəti başqa məqama da yönəldir: Trampın “çox daha böyük səbəblər” deyə işarə etdiyi məsələ hələlik bəlli olmasa da, bu mesajla o, ABŞ-ın hazırda İran və İsraillə bağlı regional prosesləri öz maraqları çərçivəsində idarə etdiyini və Fransa kimi oyunçuların bu prosesə qarışmasına ehtiyac olmadığını açıq şəkildə göstərmiş olur.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR