İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp Quterreşə məktub yazdı, BMT-də üzləşdiyi 3 təxribatın araşdırılmasını tələb edir!

ABŞ prezidenti Donald Tramp Nyu-Yorkda keçirilən BMT Baş Assambleyasına səfəri zamanı baş verən insidentləri “üçlü təxribat” adlandıraraq araşdırma tələb edir.

Musavat.com xəbər verir ki, Tramp sosial şəbəkədə paylaşım edərək birinci xanım Melaniya Trampla birlikdə zala daxil olarkən eskalatorun qəfil dayanmasını, çıxışı zamanı teleprompterin(telesuflyor) sıradan çıxmasını və zalda səs problemini təsadüfi hal saymadığını vurğulayıb:

“Bir yox, iki yox, üç böyük hadisə! Bu, təsadüf deyil, açıq-aşkar təxribatdır. Onlar bundan utanmalıdırlar”, – Tramp yazıb.
BMT rəsmilərinin açıqlamasına görə, Trampın videoqrafı eskalator insidentini çəkərkən ehtiyatsızlıqla təhlükəsizlik funksiyasını işə salmış ola bilər. Daha əvvəl isə təşkilat teleprompterin Ağ Ev nümayəndə heyətinə məxsus olduğunu, sistemə öz noutbukları vasitəsilə qoşulduqlarını bəyan etmişdi. Buna baxmayaraq, Tramp məsələni təsadüf kimi qəbul etmir. O, hətta eskalator insidenti ilə bağlı məsul şəxslərin həbsini tələb edib.

“Bütün təhlükəsizlik mexanizmləri saxlanmalıdır. Bu, tamamilə təxribat idi. Məxfi Xidmət artıq iştirak edir”, deyə bildirib. Ağ Ev və ABŞ nümayəndələrinin reaksiyası Ağ Evin mətbuat katibi Karoline Leavitt də narahatlığını ifadə edərək, “Əgər BMT-də kimsə Prezident və birinci xanım hərəkət edərkən eskalatoru qəsdən dayandırıbsa, onlar dərhal işdən çıxarılmalıdır”, deyib. ABŞ-ın BMT-dəki səfiri Mike Waltz isə insidentləri “qəbuledilməz” adlandırıb: “Birləşmiş Ştatlar beynəlxalq forumlarda təhlükəsizliyimizə və ləyaqətimizə təhdidlərə dözməyəcək. Biz sürətli əməkdaşlıq və qətiyyətli addım gözləyirik”, o, X sosial şəbəkəsində yazıb.

BMT Baş katibi Antonio Quterreşin sözçüsü Stefan Dujarric hadisələrin texniki səhvlərdən qaynaqlandığını bildirib. Onun sözlərinə görə, auditoriyadakı səs sistemi məhz tərcüməçilərin qulaqcıqları üçün nəzərdə tutulub və dünya liderləri qulaqcıqdan istifadə etmədikdə nitqi eşidə bilmirdilər. Tramp isə israrla insidentləri “BMT-də üçqat təxribat” kimi təqdim edir və Baş katib Quterreşə rəsmi məktubla müraciət etdiyini bəyan edir. Görünür, yaxın günlərdə bu qalmaqallı hadisə BMT və Vaşinqton arasında əlavə gərginlik mövzusu olacaq.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR