İnsanlara hürriyət, millətlərə istiqlal!

Moskvada Paşinyana qarşı etiraz aksiyası keçirildi – “Nikol, xain!” səsləri Rusiya paytaxtını bürüdü

Moskvanın mərkəzində Ermənistanın Rusiyadakı səfirliyi qarşısında Nikol Paşinyan hakimiyyətinə qarşı etiraz aksiyası keçirilib.

Musavat.com xəbər verir ki, aksiya iştirakçıları hazırkı baş naziri “xain” adlandıraraq onun istefasını tələb ediblər.

Paytaxtda toplanan erməni icmasının üzvləri “Nikol — xain!” şüarını dəfələrlə səsləndirərək Paşinyanı dövlət maraqlarını satmaqda və ölkəni zəiflətməkdə ittiham ediblər. Onların sözlərinə görə, Paşinyanın yürüdüyü siyasət Ermənistanı dərin böhrana salıb və milli maraqları qurban verib.

Etirazçılar, həmçinin dövlət çevrilişinə çağırışda təqsirli bilinərək həbs edilmiş və “Müqəddəs Mixael” kimi tanınan şəxsin azadlığa buraxılmasını tələb ediblər. Bundan əlavə, Paşinyana qarşı hərəkatı dəstəkləyən, lakin hazırda həbsdə olan rusiyalı oliqarx Karapetyanın da sərbəst buraxılması istənilib.

Aksiya iştirakçıları bildiriblər ki, Ermənistan rəhbərliyinin indiki kursu nəinki ölkənin beynəlxalq mövqeyini zəiflədir, həm də erməni xalqını parçalayır və kilsə ilə dövlət arasında ziddiyyətləri dərinləşdirir.

Qeyd edək ki, Moskva dünyadakı ən iri erməni diaspor mərkəzlərindən biridir və burada keçirilən etirazlar tez-tez Ermənistanın daxili siyasi gərginliyinin və cəmiyyətdə artan narazılığın əks-sədası kimi dəyərləndirilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR