Onlayn ictimai-siyasi qəzet
Sabah Sumqayıt şəhərinin bəzi ərazilərindin qaz təchizatında məhdudiyyət olacaq.
Bu barədə Musavat.com-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin Sumqayıt Qaz İstismar Sahəsindən məlumat verilib.
Bildirilib ki, qaz təchizatında məhdudiyyətin yaranmasına səbəb Sumqayıt şəhərinin 21-ci məhəlləsində 89 mm-lik qaz xəttində sızmaların aradan qaldırılmasıdır.
Bununla əlaqədar olaraq 700 abonentin qaz təchizatı sentyabrın 25-də saat 17:00-dan etibarən işlər tam başa çatana qədər dayandırılacaq.
25 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ