Onlayn ictimai-siyasi qəzet
Rusiya prezidenti Vladimir Putin "Ümumdünya Atom Həftəsi" konfransı çərçivəsində Ermənistanın baş naziri Nikol Paşinyanla qeyri-rəsmi görüş keçirib.
Musavat.com xəbər verir ki, Kremlin məlumatına görə, söhbət zamanı MAQATE-nin baş direktoru Rafael Qrossi və digər iştirakçılar da müzakirələrdə yer alıblar.
Qeyd edək ki, Moskvada keçirilən forum Rusiya nüvə sənayesinin 80 illiyinə həsr olunub. Tədbirdə Belarus, Myanma, Ermənistan, Efiopiya liderləri, həmçinin İran, Misir, Özbəkistan və Nigerdən nümayəndə heyətləri, eləcə də beynəlxalq təşkilatların təmsilçiləri iştirak edirlər.
Forumdan sonra Vladimir Putin xarici ölkələrin nümayəndə heyətlərinin rəhbərləri ilə bir sıra ikitərəfli görüşlər keçirəcək.
Musavat.com
26 Sentyabr 2025
25 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ